|
|
|
5 mart 2010-cu il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar olaraq,Azərbaycan Texniki Universitetində Qan vermə aksiyası keçirilmişdir. AzTU-nin müəllim və tələbə heyəti könüllü olaraq, qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədi ilə qan verərək, aksiyada iştirak etdilər.AzTU-nin rektoru,professor Havar Məmmədov tədbirdə iştirak edərək, aksiya iştirakçılarını salamladı və bu xeyirxah əmələ görə onlara öz təşəkkürünü bildirdi
|
|
|
Xocalı soyqırımı faciəsinin 18-ci ildönümü ilə əlaqədar 25 fevral 2010-cu il tarixdə Azərbaycan Texniki Universitetin də anım mərasimi keçirildi. Mərasim iştirakçıarı əvvəlcə universitetin həyətində Şəhidlərin xatirəsinə ucaldılmış Ana abidəsini ziyarət etdilər. Tədbiri giriş sözü ilə AzTU-nin Tədris İşləri üzrə prorektoru, dosent, Xalıq Yahudov açdı. Mərasim iiştirakçıları bir dəqiqəlik sükutla Xocalı Şəhidlərini yad etdilər. Xalıq müəllim çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən bu soyqırım nəticəsində 613 nəfərin qətlə yetirilməsini, 8 ailənin tamamilə məhv olunmasını, 25 uşaq hər iki valideyinini, 130 uşaq isə bir valideyinini, 487 nəfərin əlil olmasını, 1275 nəfərədək adamın girov götürülməsini və 150 nəfərin bu gün də taleyinin məlum olmamasını tələbələrə bir daha xatırlatdı. Xocalı aeropotunun müdafiəsində həlak olan Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quliyevin AzTU-nin məzunları olmasını Xalıq müəllim fəxrlə qeyd etdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AzTU-nin “İstilik və soyuqluq” kafedrasının müdiri, professor A.Şahverdiyev, AzTU-nin tələbə şəhərciyinin komendantı, Xocalı qaçqını Hüseyinov Nazim və Metallurgiya fakültəsinin 417a qurp tələbəsi Qəhrəmanov Yaşar çıxış edərək, Xocalıda törədilən ağır cinayətlərdən ürək ağrısı ilə danışdılar.
Sonda tələbələr tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya təqdim olundu və Xocalı faciəsini əks etdirən film nümayiş edildi.
|
|
|
|
Azərbaycan Texniki Universitetinin nəzdinda fəaliyyət göstərən D.02.171 dissertasiya şurasının 17 fevral 2010 –cu il tarixli iclasında “Maşın detalları və YQNM” kafedrasının dosenti, t.e.n. Əli Məmməd oğlu Nəcəfovun “Ştanqlı nasosların mexaniki intiqalının axtarışla kostruksiya edilməsinin nəzəri əsasları” mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirildi. Dissertasiya işinin müzakirəsində opponent qismində AzTU-nun “Maşın və mexanizmlər nəzəriyyəsi “ kafedrasının professoru, t.e.d. Bağırov Ş.M, Kazaxstan “Alatau”- Almata Universitetinin rektoru, professor S.A. Djienkulov və Azərbaycan Texnologiya Universitetinin “ Maşın detalı” kafedrasının müdüri, t.e.d, professor Qocayev T.A. iştirak edərək müsbət qiymətləndirmişdilər. Müzakirəyə dəvət olunan xüsusi qonaq qismində Türkiyənin Süleyman Dəmirəl Universitetinin Mexanika kafedrasının müdiri, professor, dokror Abdullah Avey iştirak etmiş və 2009-cu ildə Türkiyədə keçirilmiş “Qafqaz, Balkan və Tütk Cümhuriyyətlərinin” Beynəlxalq Simpoziumunda ən yaxşı çıxış üçün təsis edilən mükafatı Əli Nəfəfova təqdim etmişdir.
|
|
|
22-29 oktyabr 2009-cu ildə Türkiyənin İsparta şəhərində Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə “Qafqaz, Balkan və Türk Cümhuriyyətlərinin Mühəndislik və Memarlıq elmləri üzrə” Beynəlxalq Simpoziumu keçirilmişdir. Simpoziumda Azərbaycan, Kazaxstan, Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən bir çox tanınmış alim və mühəndislər iştirak etmişdilər.
Azərbaycan Texniki Universitetinin alimləri də həmin simpoziumda elmi məruzələrlə çıxış etmişdir. AzTU-nun Maşın Detalları və Yükqaldıran-nəqledici maşınlar kafedrasından simpoziuma aşağıdakı məruzələr təqdim edilmişdir.
1. Najafov A.M., Abdullayev A.H. The new constructive decision of a mechanical drive of sucker-rod pumps.
2. Najafov A.M., Ahmedov B.B., Mirzayev H.I. Lubricant selection for constructive elements of the multiple package reducers.
3. Khalilov I.A. Dynamic model building for the optimization of mechanical properties of elastic couplings.
AzTU-nun Maşın Detalları və YQNM kafedrasından bu nüfuzlu Beynəlxalq Simposiumda kafedra müdiri, texnika elmləri doktoru, professor, Ayaz Abdullayev və kafedranın dosenti, texnika elmləri namizədi Əli Nəcəfov iştirak etmişdir. Professor Abdullayev həmçinin Simpoziumun bir bölməsinə rəhbərlik etmişdir. Konfransda alimlərimizin yüksək səviyyədə təqdim etdikləri elmi məruzələr böyük maraqla qarşılanmış və dos. Əli Nəcəfov ən yaxşı elmi məruzə və təqdimat nominasiyasında təsis edilmiş mükafata layiq görülmüşdür.
|
|
|
Azərbaycan Texniki Universitetində 18 fevral 2010-cu il tarixdə TRASEKA Beynəlxalq proqram çərçivəsində “Azərbaycanda Nəqliyyat sahəsi üçün kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlı” Milli seminar öz işinə başlamışdır. Milli seminarı AzTU-nin rektoru, professor Havar Məmmədov və TRASEKA Dövlətlər arası komisiyasının Milli katibi Akif Mustafayev açmısdır. Seminarda Almaniyadan, Holandiyada, Rusiyadan və Azərbaycandan Milli Aviasiya Akademiyasıdan, Milli Dənizçilik Akademiyasından və diğər ali məktəblərin nümayəndələri də iştirak edirdilər. Milli seminar 19 fevral 2010 – cu tarixdə öz işini bitirmişdir.
|
|
|
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini təşəbbüsü ilə Ünummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı 2010-cu ilin mart-aprel aylarında keciriləcək. Son illərdə fəaliyyəri olmayan Azərbaycan Texniki Universitetinin tələbələrdən ibarət rəqs qurupu və özfəaliyyət ansambılı universitetin Tələbə Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Quliyevanın təşəbbüsü ilə yenidən bərpa olunmuş, AzTU-nin tədbirlərində uğurlu çıxışlar etmişlər. Halhazırda rəqs qrupu və ansambıl 2010-cu ilin mart-aprel aylarında keçiriləcək bədii yaradıcılıq festivalında iştirak etməyə hazırlaşırlar.
|
|
Bakıda keçiriləcək informasiya—kommunikasiya texnologiyaları
|
(İKT) sahəsində birinci Azərbaycan—Belarus biznes forumunda iştirak edən Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin (DİRU) rektoru Mixail Batura və Belarusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Azərbaycan Texniki Universitetində olmuşdular. Belarusiya nümayəndə heyətini AzTU-nin rektoru, professor Havar Məmmədov qəbul etmiş və AzTU haqqında qonaqlara ətraflı məlumat vermişdir. Belarusiya nümayəndə heyəti, AzTU-nin professor və müəllim heyəti ilə də görüşmüş və öz universitetlərinin təqdimatını keçirmişdilər. Görüş zamanı iki tərəfli əməkdaşlıq müzakirə edilmiş və forum çərçivəsində DİRU ilə AzTU əməkdaşlıq haqqında saziş imzalanmışdır.
|
|
|
|
Azərbaycan dövlətinin gənclərə qayğının artrılması siyasətinin tərkib hissəsi kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə təhsil alan, yüksək göstəricilərə malik tələbələrə müsabiqə əsasında aylıq təqaüd təyin etmişdir.İki turdan ibarət müsabiqənin yekun nəticəsində 100 nəfər ARDNŞ-nin təqaüdünə layiq görülmüşdür.Bu tələbələrdən 1 nəfəri Azərbaycan Texniki Universitetinin tələbəsi Təsilov Coşqun Eyvaz oğludur. Coşqun AzTU-nin “Elektrotexnika və energetika” fakültəsinin 226a1 saylı qurupunda,”Elektroizolyasiya, kabel və kondensator texnikası” ixtisası üzrə təhsil alır. Fakültə dekanı, professor Mahir Bəşirovun sözlərinə görə Coşqun həm də dərs əlaçısıdır,ictimai işlərdə də fəal iştirak edir.
2.02.2010-cu il tarixdə saat 11-00 da ARDNŞ –nin Baş ofisində qaliblərə plastik bank kartlarının təntənəli təqdim etmə mərasimində AzTU-nin rektoru, professor Navar Məmmədov da iştirak etmişdir.
|
|
|
|
2.02.2010-cu il tarixdə saat 12-00 da Azərbaycan Texniki Universitetinin kiçik akt zalında AzTU-nin avtomatlaşdırılmış idarə sistemi—ELEKTRON AzTU (EAzTU) layihəsinin müzakirəsi mövzusunda seminar keçirilmişdir.Seminarı AzTU-nin rektoru,professor H.Məmmədov aparırdı və aşağıdakı mövzular üzrə məruzələr edilmişdir.
1.Elektron Universitet konsepsiyasının baza prinsipləri. (məruzəçi—prof.Hüseyinov.H.Ə)
2.AzTU-nin avtomatlaşdırılmış informasiya sistemi. (məruzəçi—dos.Cəfərov.Z.Ə)
|
|
|
Azərbaycan Texniki Universiteti Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi 4 nəfər fəal tələbəni TİAHİ RK-si tərəfindən təqaüdə layiq görülmüşdür.2009-2010-cu tədris ilinin I-ci yarısı üçün fəallar 300 manat məbləğində təqaüdlə təltif olunmuşdular.
Tədbirdə iştirak edən, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının sədri, millət vəkili, Səttar Mehbalıyev çıxış edərək qeyd etdi ki, bu cür tədbirlər yerlərdə həmkarlar təşkilatlarının nüfuzunu artırır, gənc nəslin ictimai fəallığa, eyni zamanda təhsilə marağını gücləndirir.
Təqaüdə layiq görülmüş fəallar:
1.Nəzərov Anan-----956a MBM fakültəsi, tələbə həmkarlar bürosunun sədri.
2.Əskərov Heydər------367a3 RT və R fakültəsi,tələbə həmkarlar bürosunun sədr müavini.
3.Bayramova Aygün------486a1 Maşınqayırma fakültəsi.
4.Əliyev Toğrul-------816a3 TM fakültəsi.
|
|
|
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Litvanın Ali Təhsil və Elm Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Qediminas adına Vilnüs Texniki Universitetinin rektoru prof. Qinyaviçus Romualdas və Kaunas Texnoloji Universitetinin rektoru, prof. Raymundas Şiaçunas Azərbaycan Texniki Universitetində olmuşlar.
Azərbaycan Texniki Universitetinin rektoru, prof. Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Litvanın Qediminas adına Vilnüs Texniki Universitetinin rektoru çıxışında Azərbaycan Texniki Universitetinin elmi potensialını yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, Azərbaycan Texniki Universiteti ilə Litvanın Qediminas adına Vilnüs Texniki Universiteti arasında əməkdaşlıq mühüm rol oynayır.
Sonra Azərbaycan Texniki Universiteti ilə Qediminas adına Vilnüs Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
|
|
|
18 yanvar 2010-il tarixdə Azərbaycan Texniki Universitetində 20 Yanvar Şəhidlərinin iyirmi illik ildönümünə həsr olunmuş anım mərasimi oldu. Mərasimdə AzTU-nin rektoru, professor Havar Məmmədov, Təhsil nazirinin müavini Elmar Qasımov, Millət vəkili, professor Aslan Şahverdiyev, Metropolitenin rəisi Tağı Əhmədov, Millət vəkili Gülnarə Əhmədova,Yasamal rayon YAP-nın sədri Fikrət Sadıqov, Azərbaycan İctimai-Siyasi universitetinin rektoru Rasim Nəbiyev, Bakı Biznes universitetinin rektoru İbad Abbasov iştirak etmişdilər.Əvəlcə 20 Yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər müxtəlif fikirlərlə həmin gecəni, həmin dövrü şərh etdilər. Sonra 19-dan 20-nə keçən gecənin görüntüləri manitorda nümayiş edildi və tələbələrin ifasında 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş kompozisiya göstərildi. Yasamal rayon YAP-nın sədri F.Sadıqov öz çıxışı ilə mərasimi bağladı.
|
|
|
 20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə, Azərbaycan Texniki Universitetinin rektoru, professor H.Məmmədovun əmri ilə tədbirlər planı təstiq edilmişdir.Tədbirlər planında aşağıda göstərilən işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
1. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün 20 Yanvar faciəsinin iyirmi illiyi ilə əlaqədar universitetdə silsilə tədbirlər həyata keçirilsin.
2. 20 Yanvar tarixi ərəfəsində univrsitetin bütün fakültələrində faciə zamanı Azərbaycan xalqının göstərdiyi sarsılmaz birlik,rəşadət və qəhrəmanlıq haqqında, eləcə də faciəni törədən Sovet imperiyası rəhbərliyinin cinayətkar əməlləri haqqında tələbələrə məlumat verilsin.
3. Qanlı Yanvar faciəsinin tarixi həqiqətlərini əks etdirən fotostendin hazırlanması universitet kitabxanasına tapşırılsın.
4. Universitetin çoxsaylı “Ziya” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilsin.
5. Ölkəmizin ictimai-siyasi həyatında görkəmli yer tutan mütəxəssislərin dəvət olunması ilə universitetdə 20 Yanvar faciəsinin iyirmi illiyinə həsr olunmuş tədbir keçirilsin.
6. Universitet əməkdaşlarının və tələbələrinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin.
|
|
|
 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman oğullarımızdan biri Azərbaycan Texniki Universitetinin “Avtomobil nəqliyyatı” fakültəsinin IV kurs tələbəsi İlqar Hümbət oğlu Əhmədov olmuşdur.O, ”Salyan Kazarmaları” adlanan ərazidə dinc etiraz nümayişində iştirak edirdi.Həmin ərazidə heç bir xəbərdarlıq olmadan dinc nümayiş iştirakçıları gülləboran edilmişdir.
İlqar Əhmədov valideyinlərinin istəyi ilə yanvar ayının 23 də anadan olduğu Borçalı mahalının Faxralı kəndində dəfn olunmuşdur. Fövqəladə vəziyyət olmasına baxmayaraq İlqar Əhmədovun dəfn mərasimində tələbə yoldaşları və müəllimlərdən dos. İ.Ə.Xəlilov da iştirak etmişdir.
20 Yanvar faciəsi zamanı şəhid olan tələbəmiz İlqar Əhmədovun əziz xatirəsini Azərbaycan Texniki Universitetinin tələbə və müəllim heyəti heç vaxt unutmayacaqdır.
|
|
|
|
1990 –cı il yanvarın 20-nə keçən gecə Moskvanın xüsusi cəza dəstələrinin Bakıda törətdikləri qırğın, o vaxt onların özlərini belə çaşdırmışdır.Kükrəyən, aşıb-daşan xalq hərakatının qarşısını heç nə ala bilməzdı.Xalq o gecə azadlıgını, itirilən torpaqlarını tələb edirdi.Azadlığa, müstəqilliyə can atan xalq yanvarın 19-dan 20-nə keçən gecə öz etirazını bildirmək istədiyi zaman, heç bir xəbərdarlıq olunmadan, silahsız xalqın üzərinə qoşun yeridilərək, kütləvi qırğın törədilmişdir. O qanlı gecə 131 nəfər azərbaycanlı öldürüldü.Azərbaycanda baş verən faciə dərhal dünyaya çatdırılmadı.İlk dəfə bu addımı atan, bu faciəni bütün dünyaya bəyan edən, o vaxt hakimiyyətdə təmsil olunmayan, heç bir vəzifə daşımayan, lakin öz qəlbi və ürəyi ilə xalqına bağlı olan Ulu öndər, möhtərəm Heydər Əliyev oldu. O,Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, respublikada baş vermiş dəhşətləri bütün dünyaya çatdırdı.20 Yanvar gecəsi 1987-ci ildən təməli qoyulmuş siyasi oyunların nəticəsi olmaqla yanaşı, eyni zamanda 200 illik müstəmləkə əsarətinə qarşı aparılan azadlıq mübarizəsinin davamı idi.20 Yanvar Azərbaycan xalqı üçün faciəli bir gündür.Lakin bu günü biz təkcə faciəli gün kimi yox,həm də Azərbaycan xalqının milli qürur günü kimi qeyd etməliyik.Xalqımız hımin gün özünün müstəqilliyi,azadlığı uğurunda mübarizə əzmini sübuta yetirdi.20 Yanvar faciəsinin məntiqi yekunu müstəqil Azərbaycan Respublikasının yaranması oldu.
İgid oğlanlarımız şəhidlik zirvəsinə ucalıb, öz xalqının qəlbində əbədi yaşayacaq.
|
|
|
|
İnformatika və İT kafedrasının Müdiri Süleymanov Akif Şamil oğlunun Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Əməkdar Müəllim fəxri adına layiq görülməsi münasibətilə təbrik edir ona can sağlığı, uzun ömür və gələcək elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
|
|
|
|
İnformatika və İT kafedrasının əməkdaşları kafedranın baş müəllimi Gülarə İslam qizi Muradovani texnika elmləri namizədi (Fəlsəfə Doktoru) alimlik dərəcəsini almaq üçün
Paylanmış verilənlər bazasında informasiya resurslarının tranzakt emalının algoritm və proqram vasitələrinin işlənməsi mövzulu dissertasiya işini uğurla müdafiəsinə görə təbrik edir və elmə işlərində uğurlar arzulayırlar.
|
|
|
Azərbaycan Texniki Universitetinin Elmi Şurasının növbədənkənar iclası olmuşdur.AzTU-nun rektoru, professor Havar Məmmədov giriş sözü ilə iclası açmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə elm və təhsil sisteminə göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.
İclas, Azərbaycan Respublkası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu il noyabrın 21- də keçirilmiş müşavirədəki məruzəsinin və dekabrın 8-də “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və hümanitar elmlər:Zaman kontekstində baxış” məqaləsinin müzakirəsinə həsr olunmusdur.Sonda AzTU-nun professor-müəllim heyəti çıxış etmiş, müzakirə olunan məsələyə öz fikirlərini bildirmişlər.
|
|
|
|
Türkiyə Cümhuriyətinin Tübitak təşkilatı ilə Fitat Universiteti 12-13 noyabr 2009-cu il tarixdə “Kavkaz ölkələri, Türk Cümhuriyətləri və Türkiyə Dövlətləri arasında elm sahəsində birgə əməkdaşlıq” adlı Beynəlxalq konfransı keçirilmişdir.Azərbaycan Texniki Universiteti tərəfindən bu konfransda, Elmi işlər üzrə prorektor, professor A.N.Əlizadə, Beynəlxalq əlaqələr şöbəssinin müdiri, dosent N.Ə.Əhmədov, İnformatika və informasiya texnologiyaları kafedrasının müdiri, dosent A.Ş.Süleymanov iştirak etmişdilər.
|
|
|
17-noyabr 2009-cu il tarixdə Azərbaycan Texniki Universitetinin TGT-ı, Azərbaycan Tibb Universitetinin TGT-ı ilə birgə “Donuz qripinə qarşı mübarizə və bu qripdən necə qorunmalı” mövzusunda, AzTU-də tələbələrlə görüş keçirildi.Tədbiri AzTU-nin tələbəsi Taleh Həsənov açaraq bildirdi ki, Tibb Universitetinin tələbələrini, bizim TGT-ı dəvət edib və donuz qiripinə qarşı maarifləndirici məruzələrlə çıxış edəcəklər.Tibb Universitetinin tələbələri TGT-nın sədri, V kurs tələbəsi Orxan İsayev donuz qripinin tarixindən, Aqil Hüseyinzadə qripdən qorunma üsullarından, Ruslan Hüsiyev isə yoluxmuş xəstənin müalicə olunması ətrafında məruzələr etdilər.
Sonda AzTU-nin TGT-nın sədri Kamil Əliyev, Tibb Universitetinin tələbələrinə öz təşəkkürunu bildirdi.
|
|
| |
5 mart 2010-cu il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar olaraq,Azərbaycan Texniki Universitetində Qan vermə aksiyası keç...ətraflı »» Xocalı soyqırımı faciəsinin 18-ci ildönümü ilə əlaqədar 25 fevral 2010-cu il tarixdə Azərbaycan Texniki Un...ətraflı »» Azərbaycan Texniki Universitetinin nəzdinda fəaliyyət göstərən D.02.171 dissertasiya şurasının 17 fevral 2...ətraflı »» 22-29 oktyabr 2009-cu ildə Türkiyənin İsparta şəhərində Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə “Qafqaz, Balkan və T...ətraflı »» Azərbaycan Texniki Universitetində 18 fevral 2010-cu il tarixdə TRASEKA Beynəlxalq proqram çərç...ətraflı »» |
Bizimlə Əlaqə
Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan
|
|
|