|
english:
|
|
Azərbaycan Gənclərinin V Forumu ərəfəsində növbəti tədbir 19 sentyabr 2008-ci il tarixində Yasamal rayonunun 300 nəfər gəncin iştirakıylə Azərbaycan Texniki Universitetində keçirilmişdir. Konfransı Rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov açaraq, Azərbaycan gənclərinin IV Forumundan keçən dövr ərzində rayonda görülmüş işlərdən danışdı. BDU-nun Azad Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Daşqın Qəmbərov, KİV və poliqrafiya üzrə sahibkar Könül Hümbətova, sənətşünaslıq namizədi, Beynəlxalq Televiziya və Radiosu Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli, Ədliyyə Nazirliyinin “Bələdiyyələrlə iş Mərkəzi”nin aparıcı məsləhətçisi Qədir Xəlilov çıxış edərək, gənclərə uğur arzuladılar. Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycanın gələcəyi naminə gördükləri içlərdə gənclərə doğru yolda addımlamalarını tövsiyə edib, uğurlar arzuladılar. Yasamal rayonu gənclər arasından foruma 20 gənc nümayəndə seçildi.
|
|
english:
|
|
Azərbaycan Texniki Universitetinin “İnformatika və İnformasiya Texnologiyaları” kafedrasının dosenti Şahbazova Ş. Fullbright proqramı əsasında ABŞ-nın Koliforniya ştatının Berkli Universitetində, professor L.Zadehin rəhbərliyi ilə elmi-tədqiqat işi aparmışdır. Tədqiqat işi zamanı dosent Şahbazova bir çox seminarlarda, konfranslarda və universitetin keçirdiyi tədbirlərdə iştirak etmişdir.
|
|
english: MƏZUN 2008 tədbiri
|
|
AZTU –də iyunun 27-də “MƏZUN 2008” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, professor H. Məmmədov açdı. Tədbirdə iştirak edən donaqlar: Təhsil nazirinin müavini İ. Hüseyinova, Yasamal rayon YAP-sədri F. İsmayılov, Rabitə və Nəqliyyat nazirinin müavini E. Vəlizadə, Bakı Metropoliteninin rəisi T. Əhmədov öz çıxışları ilə məzunlara uğurlar arzuladılar və onların iştirakı ilə məzunlara fərqlənmə diplomları və hədiyyələr təqdim olundu.
Sonda Azərbaycan Estradasının gənc ifaçılarının iştirakı ilə konsert oldu.
|
|
english:
|
|
May ayının 26-28—də Beyməlxalq Təhsil Birliyinin dəstəyi ilə Gürcüstan paytaxtı Tbilisi şəhərində “Cənub-Şərq Avropa ölkələrində təhsil işçiləri həmkarlar ittifaqlarının güclənməsi” mövzusunda seminar keçirilmişdir. Beynəlxalq tədbirdə Gürcüstan, Ukrayna, Rusiya, Azərbaycan, Moldova, Belarus, Ermənistan respublikalarından və Albaniyadan gəlmiş təhsil işçiləri toplanmışdılar.Ölkəmizi bu seminarda Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respubilika Komitəsinin sədr müavimi Mirzə Cəfərzadə və Azərbaycan Texniki Universitetinin HİK sədri Akif Cahangirov təmsil etmişdilər. Seminar iştirakçıları dünyada insan haqları və həmkarlar ittifaqlarının yaradılması,inkişafı,strukturu,mexanizmi,maliyyə məsələləri, Beynəlxalq Əmək Təşkilatı ilə əlaqə və s. .məsələlər ətrafında geniş diskussiya keçirmişdilər.
Növbəti Beynəlxalq seminar bu ilin oktyabr ayında keşiriləcəkdir.
|
|
english:
|
|
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan dövlətinin himni ilə açıldı. İlk giriş çıxışı ilə Azərbaycan Texniki Universitetinin rektoru, Professor H.Məmmədov xalqımızın müstəqillik ugurunda keçdiyi çətin yoldan, Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətindən və müstəqilliyimizi necə qorumagımızdan danışdı. Müəllimlər və tələbələr öz çıxışlarında Azərbaycanın müstəqilliyi ugrunda hər bir çətinliyə hazır olduqlarını bildirdilər.
|
|
english:
|
|
1980-cı ildə yaradılan İspaniyanın “Asturiya Şahzadəsi Fondu” tərəfindən 1981-ci ildən etibarən aşagıdakı səkkiz nomiyasiya üzrə mükafatlar təqdim olunmuş və həmin mükafatlar üzrə bu il də müsabiqə keciriləcəkdir.
1.Kommunikasiya və insanpərvərlik üzrə;
2.Humanitar elmlər üzrə;
3.Sosial elmlər üzrə;
4.İncəsənət üzrə;
5.İdman üzrə;
6.Elm və texniki təqiqatlar üzrə;
7Beynəlxalq əməkdaşlıq üzrə;
8.Həmrəylik üzrə;
Mükafatlar Princeipe de Asturios şəhərində Fondun Fəxri Prezidenti,İspaniya Tacının varisi,Asturiya Şahzadəsi tərafiindən hər ilin payızında təqdim olunur.
|
|
english:
|
|
Qafqaz Universiteti British Council ilə birlikdə 2006-cı ilin noyabr ayından etibarən “Gözəl Elm” iayihəsini müvəffəqiyyətlə həyata kecirir.Layihə çərçivəsində 2008-ci ilin mart və aprel ayında Bank Standartın baş sponsorlugu və İctimai Teieviziya Kanalının media partnyorlugu ilə “Şöhrət Labaratoriyası 2008”müsabiqəsi keçiriləcəkdir.Müsabiqədə 18-35 yaş arası dəqiq eimlər sahəsində təhsil alan və ya işləyən magistrlar, dissertantlar, aspirantlar və gənc müəllimlər iştirak edə bilərlər.Müsabiqə bir neçə mərhələdən ibarətdir. 8 və 9 aprel 2008-ci il tarixdə Böyük Britaniyalı elm xadimi finala qalan 10 iştirakçı üçün master-klas(auditoriyanın idarəedilməsi və ritorika semnarları) keçirəcəkdir. Azərbaycan üzrə qalib iyun ayında Çeltenhom Elm Festivalında iştirak etmək üçün Böyük Biritaniyaya səfər edəcək.Bundan başqa finalçı və iştirakçılara dəyərli müküfatlar da təqdim ediləcəkdir.
Layihənin məqsədi gənclərin elmə qarşı münasibətini müsbət yöndə dəyişdirməkdir.
|
|
english:
|
|
Azərbaycan Texniki Universitetində XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı ən dəhşətli faciə - Xocalı faciəsini anma mərasimi keçirildi.Mərasimdə müəllimlər,tələbələr 1992-ci il fevralın 25-dən 26 –na keçən gecə Ermənistan silahlı
qüvvələri sovet ittifaqı ordusunun 366-cı alayının köməyi və iştirakı ilə Azərbaycannın
gözəl diyarı olan Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım haqqında çıxış etdilər.Sonra
faciəni xatırladan film nümayiş etdirildi və tələbələr tərəfindən şerlər səsləndi.
|
|
english:
|
|
Bakı Biznes Universiteti 2007-2008 – ci tədris ilinin tələbə elmi konfransları çərçivəsində 14 mart 2008-ci il tarixində “Dünya təsərrüfatının qloballaşması və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı problemləri” mövzusunda tələbə elmi konfransı keçirməyi nəzərdə tutur. Konfrans BBU-nun 15 illiyinə həsr olunub.
Elmi-tədqiqat şöbəsi: tel:438-33-60
|
|
english:
|
|
Eramus Mundus proqramının Xarici Əməkdaşlıq adlı Yeni Layihəsi elan edilib.
Bu Layihə çərçivəsində 2008-2009 tədris ilini əhatə edən bütün təkliflərin təqdim edilməsi üçün artıq çagırış elan edilib.Mətnin və ərizələrin formalarını;mümkün olan digər məlumatları aşagıdakı saytdan əldə edə bilərsiniz:
Http//eacea.ec.europa.eu/extcoop/call/2007/index en.htm
Əlavə məlumat üşün Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz.
Tel:439-13-48.
|
|
english:
|
|
Qafqaz Universiteti və British Councilin birgə təşkilatçılıgı ilə ali məktəb tələbələrinin iştirakını nəzərdə tutan “Nüvə gücü,yoxsa yenilənən enerji növləri!?” adlı debat keçiriləcəkdir. Debata Böyük Britaniya Sürrey Universitetinin magistr kursunun direktoru Dr.Rədi Riqan sədrlik edəcəkdir.Azərbaycan Texniki Universitetində təhsil alan bakalavr və magistr tələbələrindən ibarət debat qurupu bu tədbirdə iştirak edəcəkdir.
|
|
english:
|
|
«20 yanvar» şəhidlərinin anma mərasimi Azərbaycan Texniki Universitetində 18 yanvarda keçirildi. Mərasimdə professor və müəllim heyyəti universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidə qarşısına gül qoydular. Azərbaycan Texniki Universitetinin rektoru, professor H.Məmmədov keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətindən, yerli rəhbərliyin yarıtmaz fəaliyyətindən danışdı. Pofessor R.Şükürov, dosent A.Rəhimov 1990-cı il 20 yanvar hadisələrini xatırladılar. Sonda həmin hadisələri xatırladan film nümayiş etdirildi, tələbələr tərəfindən şəhidlərə həsr edilmiş şerlər səsləndi.
|
|
english:
|
2008-ci il yanvarın 28-də “Dünyanın stabilliyi” mövzusunda II Beynəlxalq Konfrans keçiriləcəkdir. Konfrans Joze Martinin anadan olmasının 155 illiyinə həsr edilir. O, Amerika tarixində əvəzolunmaz şəxsiyyətlər və öz siyasi və sosial məqsədləri ilə də dünyada uzaqgörən şəxsiyyətdir və siyasi və sosial məqsədləri ilə də dünyada uzaqgörən şəxsiyyət kimi tanınır. Konfransın keçiriləcəyi ünvan: Calzada No.803 entre 2 y4, El Vedado, La Habana, Cuba
E-mail: hpardo@ceniai.inf.cu
Fax: (537)8339818
http://www.porelequilibriodelmundo.com
|
|
english:
|
|
Ukraynanın Suma şəhərində yerləşən Suma Dövlət Universitetinin təşəbbüsü ilə 22-24 aprel 2008 ci il tarixdə “Müasir Ukrayna Universiteti:İnnovasiya Texnologiyalarının Tədbiqinin Nəzəri və Praktiki Məsələləri” VII Elmi Metodiki Beynəlxalq konfrans keçiriləcəkdir.
Əlavə məlumat almaq istəyənlər Azərbaycan Texniki Universitetinin “Elm və Texnika” şöbəsinə müraciət etsinlər.
|
|
english:
|
|
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentlik tərəfindən
“Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri” jurnalı dərc olunur. Jurnalda Məsafədən zondlamanın (kosmosdan yerin öyrənilməsi) fiziki-texniki problemlərinə həsr edilmiş elmi məqalələr dərc edilir. Jurnala abunə olmaq istəyənlər Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Məzsusi Konstruktor Bürosuna müraciət etsinlər.
|
|
english:
|
|
Azərbaycan Texniki Universitetində Tələbə həmkarlar təşkilatı tərəfindən hazırlanmış 14 dekabr 2007 ci il tarixdə,Azərbaycanın görkəmli şair- dramaturqu H.Cavidin 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.Əvvəlcə iştirakçılar H.Cavidi xatırladan filmə tamaşa etdilər.Tədbirdə H.Cavid ev muzeyinin müdir müavini,sənətşünüslıq namizədi Fəridə xanım Məmmədova,Gənc tamaşaçılar teatrının aktyoru Əli Nur,tarix kafedrasının müdiri Q.Şikar müəllim,”Əbilov”klubunun rəhbəri Mirəhməd müəllim Cavid yaradıcılıgından, lirikasından və Cavidin öz dövründə siyasətə olan münasibətindən danışdılar. Tələbələr
Cavid lirikasından nümunələr,Cavidi xatırladan səhnəcik və “Kor Ərəbin”mahnısını ifa etdilər.
|
|
english:
|
|
Аzərbaycan Texniki Universitetində müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları Ümummilli Liderimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor H.Ə.Məmmədov xalqımızın dahi oğlu Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən danışmışdır. İştirakçılar Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın xilaskar oğlu, milli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun əziz xatirəsini dərin ehtiramla anmışlar.
|
|
english:
|
|
06 dekabr 2007-ci il tarixində «Rabitə və informasiya texnalogiyaları sahəsi» işçilərinin peşə bayramı münasibəti ilə keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. «Ali məktəb tələbəri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»nın final mərhələsinin nəticələrinə görə III yerə layiq görülmüş Azərbaycan Texniki Universitetinin «AzTU-3» komandasının üzvlərinə (İnformatika və informasiya texnologiyaları kafedrasının tələbələri) Rabitə və İnformasiya texnalogiyaları Nazirliyinin naziri akademik Ə.Abbasov və Azərbaycan Texniki Universitetinin rektoru professor H.Məmmədov tərəfindən mükafatlar təqdim edilmişdir. Komandanın məşqçisi baş müəllim R.Əhmədova səmərəli işinə görə təşəkkür elan edilmişdir.
|
|
english:
|
|
18 noyabr 2007-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi. Heydər Əliyev Fondu, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi bu olimpiada Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuşdur.
Olimpiadanın final mərhələsində isə Bakı Dövlət Universitetinin “Powerful Brains”, “INF-X”, “İnstall”, “01”, Azərbaycan Dövlət Neft Akademiyasının “ALFA” və “ADNA1”, Azərbaycan Texniki Universitetinin “AzTU-1” və “AzTU-3”, Qafqaz Universitetinin “Qafqaz Şahinləri” və “Qafqaz U-2”, məktəb, litsey və gimnaziya şagirdlərindən ibarət 2 komanda “Carpe diem” və “Rafik” komandaları iştirak edirdilər.
Final mərhələsinin nəticələrinə görə Qafqaz Universitetinin “Qafqaz Şahinləri” komandası 1-ci, Azərbaycan Dövlət Neft Akademiyasının “ADNA-1” komandası 2-ci, Azərbaycan Texniki Universitetinin “AzTU-3” komandası isə 3-cü yerə layiq görüldülər. Məktəblilərdən ibarət “Rafik” komandası bu yarışda müsabiqədənkənar iştirak etdikləri üçün rəsmi olaraq yer qazanmasa da balların ümumi nəticəsinə görə 2-ci yerə müvafiq bal toplayaraq qaliblər sırasında oldular.
|
|
english:
|
|
Bakı şəhərində 21-24 noyabr 2007 ci il tarixdə Xlll Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnalogiyaları-2007” sərgisinin və “Regonal İnformasiya Zonası,Problemlər və Hallar” Beynəlxalq konfransı keçirilmişdir.ABŞ,İngiltərə,Almaniya və MDE ölkələrindən də tanınmış nümayəndələr konfransda iştirak etmişdilər.Açılışdan sonra nümayəndələr Heydər Əliyevin məzarını və Şəhidlər ziyabanını ziyarət etdilər.Konfransda Azərbaycan Texniki Universitetinin rektoru,professor H.Ə.Məmmədov ətraflı məruzə ilə çızış etmişdir. Noyabrın 23-də Belarusiyanın,Sank-Peterbruqun Dövlət Telekommunikasiya Universitetlərinin bir qrup nümayəndələri Azərbaycan Texniki Universitetində olmuş,Teieviziya və Radiosistemləri kafedrasının ixtisaslaşdırılmış labaratoriyasında aparılan işlərlə yaxından tanış olmuşdular.
|
|
| |
Azərbaycan Gənclərinin V Forumu ərəfəsində növbəti tədbir 19 sentyabr 2008-ci il tarixində Yasamal rayonunun 300 nəfər gəncin iştirakıylə Azərbaycan T...ətraflı »» Azərbaycan Texniki Universitetinin “İnformatika və İnformasiya Texnologiyaları” kafedrasının dosenti Şahbazova Ş. Fullbright proqramı əsasında ABŞ-nın...ətraflı »» AZTU –də iyunun 27-də “MƏZUN 2008” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, professor H. Məmmədov açdı. Tədbirdə iştirak edən donaq...ətraflı »» May ayının 26-28—də Beyməlxalq Təhsil Birliyinin dəstəyi ilə Gürcüstan paytaxtı Tbilisi şəhərində “Cənub-Şərq Avropa ölkələrində təhsil işçiləri həmka...ətraflı »» Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan dövlətinin himni ilə açıldı. İlk giriş çıxışı ilə Azərbaycan Texnik...ətraflı »» |
Bizimlə Əlaqə
Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan
|
|
|