ru en
Azerbaijan Technical University
Baş səhifə Müdiriyyət Fakültələr Kafedralar Beynəlxalq əlaqələr Fəxri adlar
Xəbərlər
Koreya Politexnik Universitetinin Beynəlxalq Əlaqələr İnsitutunun direktoru, professor Jang Seung Kwan və nümayəndə heyəti 29 iyun 2010-ci il tarixində Azərbaycan Texniki Universitetində olmuşdur. Qonaqları AzTU-nun rektoru, professor Havar Məmmədov qəbul etmişdir. Görüş zamanı Azərbaycan Texniki  Universiteti ilə Koreya Politexnik Universiteti arasında olan əməkdaşlıq müqaviləsi çərçivəsində aparılan işlərin müzakirəsi edilmiş və gələcək işlərin planları dəqiqləşdirilmişdir.
Azərbaycan Texniki Universiteti özünün 60-cı məzun gününü 25 iyun 2010-cu il tarixində qeyd etdi. Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq, ilk növbədə tədbirdə iştirak edən qonaqları salamladı və bütün  məzunları təbrik etdi, onlara bundan sonrakı həyatlarında, yeni işlərində uğurlar arzuladı. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Təhsil Nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformatika Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, Nəqliyyat Nazirliyi aparatının rəhbəri Cabir Nəcəfov, Yasamal Rayon, YAP-nın sədri Fikrət İsmayılov çıxış edərək, məzunları təbrik etdilər. Məzunlar adından bir neçə tələbə də çıxış edərək, öz  müəllimlərinə və universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Sonra  təhsildə fərqləndiklərinə görə bəzi məzunlara rəhbərlik tərəfindən diplom və fəxri fərmanlar təqdim olundu. Sonda Azərbaycanın gənc ifaçılarının iştirakı ilə  konsert proqramı nümayiş edildi.
Dağıstan Dövlət Universitetinin dəvəti ilə Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, t.e.n Sultanzadə  Zahid və Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, t.e.n Cahangirov Akif Dağıstan Dövlət Universitetində keçiriləcək Xəzəryanı Ölkələri Universitetləri Assosiyasının XIV Baş Məclisində və V Beynəlxalq Tələbə Spartakiadasında iştirak etmişdir. Assosiasiya çərçivəsində keçirilən tematik dəyirmi masalarda AzTU-nun nümayəndələri-də iştirak etmişdir.
Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov  Assosiasiya iştirakçıları ilə görüşmüşdür.
24-26 may 2010-cu il tarixində Azərbaycan-Latviya Təhsil Forumuda iştirak edən, Riqa Texniki Universitetinin rektoru, akademik İ.Knetsin Azərbaycan Texniki Universitetində də olmuşdur. Görüşdə hər iki universitetlər arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlər müzakirə edilmiş və gələcəkdə görüləcək işlər planlaşdırılmışdır.
Tələbələrin XV-ci Respublika fənn olimpiadasının II-ci turunun açılış mərasimi 26 may 2010-cu il, saat 12-00 da Azərbaycan Texniki Universitetində oldu. Mərasimdə XIV-cü olimpiadanın qalibləri və müvafiq fənn müəllimləri mükafatlandırıldı.
Olimpiadada Təhsil Nazirinin müavini, professor İradə Hüseyinova da iştirak etmişdir.
“Dünya Azərbaycanlıları“ Mərkəzi, Respublika “Qızıl Buta” mükafatı uğrunda respodentlər arasında sorğular keçirtmişdir. Sorğunun rəsmi nəticələrinə görə AzTU-nun rektoru, professor Havar Məmmədov “Təhsil müəssəsində yeni təhsil sisteminin yaradılmasında xidmətlərinə görə “Qızıl Buta” mükafatına layiq görülmüşdür.
Azərbaycan Texniki Universitetinin  professor-müəllim və tələbə heyəti, hörmətli rektoru-- professor Havar Məmmədovu təbrik edir və ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayırlar.
Azərbaycan Texniki Universitetində “Maraqlı Görüşlər” kulubunun təşəbbüsü ilə 18 may 2010-cu il tarixdə müasir Azərbaycan ədəbiyyatının görkəmli xadimi, xalq  şairi Nəriman Həsənzadə ilə tələbələrin görüşü keçirildi. AzTU-nun rektoru, professor Havar Məmmədov ilk çıxış edərək, xalq şairi Nəriman Həsənzadəni və  tədbirdə iştirak edən qonaqları salamladı. Tədbirdə Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri İbrahim Quliyev, İqtisad Universitetinin kafedra müdiri  Maarifə Hacıyeva, şair Ramiz Məmmədzadə və gənc şair Ramin Qurban iştirak edirdi. Sonda hörmətli şair Nəriman Həsənzadə çıxış edərək, həyatından, yaradıcılığından danışdı və tələbələrin xahişi ilə sevilən serlərinni söylədi, tələbələr tərəfindən ona verilən suallara cavab verdi.
Sonra tələbələrin ifasında Şairin şerlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olundu.
Qələbənin  65 illiyi ilə əlaqədar olaraq  Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, 7 may 2010-cu il tarixdə, Universitetdə çalışan veteranlarla görüşdü. Görüşdə professor Havar Məmmədov veteranları Qələbənin 65 illiyi münasibəti ilə təbrik etdi və qeyd etdi ki, Universitetdə onlara həmişə qayğı olub və bundan sonra da olacaq. AzTU-nun tarix kafedrasının müdiri, dosent Şikar Qasımov çıxış edərək, həmişə  rəhbərlik tərəfindən veteranlara olan qayğı və diqqətə görə professor Havar Məmmədova  veteranlar adından təşəkkür etdi.
Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin doğum gününün 87-ci il dönümünə həsr olunmuş tələbə elmi-texniki konfransı 5 may 2010-cu il tarixində keçirildi. Konfransı giriş sözü ilə açan AzTU-nun rektoru, professor Havar Məmmədov çıxışında qeyd etdi ki, Ulu Öndər Heydər  Əliyev, Azərbaycan gənclərinin böyük himayədarı idi və O, gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Çıxışın sonunda professor Havar Məmmədov 53-cü tələbə elmi-texniki konfransının işinə uğurlar arzuladı. Konfransda 446 məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur və  konfrans öz işini ayrı-ayrı bölmələrdə mayın 7-dək davam etdirdi. Konfransın  açılışında Milli Məclisin deputatı Fuad Muradov, AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov çıxış etdilər.
A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının Elmi Şurasının 30 aprel 2010-cu il tarixli qərarı ilə, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədova Fəxri doktor adı verilmişdir.
28  aprel  2010–cu il tarixdə Azərbaycan Texniki Universitetində fizika, kimya, informatika, Azerbaycan tarixi, riyaziyyat fənnlərindən 15-ci Respublika Fənn Olimpiyadasınin I-ci turu keçirilmisdir. İlk beş yeri tutan tələbələr II-ci tura vəsiqə qazanmışdılar.
Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87 illiyinə həsr olunmuş 53-cü tələbə Elmi-texniki konfransı 2010-cu il may ayının 5-də öz işinə başlayacaq. Konfrans may ayının 7-dək öz işini davam edəcəkdir.
Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin rektoru, Dr. Abdullah Y. Öztorpaq öz nümayəndə heyəti ilə birlikdə 15 Aprel, 2010- cu il tarixində Azərbaycan Texniki Universitetində olmuşdur. Qonaqları AzTU-nun Rektoru, Professor Havar Məmmədov qəbul etmiş və onları AzTU ilə yaxından tanış etmişdir. Görüş zamanı Dr. Abdullah Y. Öztorpaq öz universitetləri haqqında ətraflı məlumat vermiş və universitetlər arası əməkdaşlıqla bağlı müzakirələr aparmışdır. Görüşün sonunda Dr. Abdullah Y. Öztorpaq, Doğu Akdeniz Universitetinin Enerji Tədqiqat Mərkəzi tərəfindən 2010-cu il, 15-17 sentyabr tarixlərində keçiriləcək Təbii Enerji üzrə X Beynəlxalq Konfransa (İCCE-2010) AzTU-nun əməkdaşlarını dəvət etmişdir.
Türkiyənin Okan Universitetin rektoru, prof. Sadiq Kırbaçın rəhbərlik  etdiyi nümayəndə heyəti nümayəndə heyəti 21 aprel 2010-cu il tarixdə Azərbaycan Texniki Universitetində olmuş  və AzTU-nun rektoru, prof. Havar Məmmədovla görüşmüşdür. Görüşdə prof. Havar Məmmədov  rəhbərlik etdiyi təhsil müəssisənin fəaliyyətindən geniş məlumat vermiş , türkiyəli gənclərində Aztu-da  müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını bildirmişdir.
Görüşün sonunda hər iki Universitet arasında əməkdaşlığın yaradılması üçün ilkin razılıqlar əldə edilmişdir.
Azərbaycan Texniki Universitetində 15 aprel 2010-cu il tarixdə “Elektronika və energetika“ fakültəsində “Bilik uğrunda” ixtisas olimpiadası keçirilmişdir. Müsabiqədə on nəfər fakültə tələbəsi iştirak etmişdir. Gizli səsvermə yolu ilə üç tələbə mükafata layiq görülmüşdür və Tələbə Azad Həmkarlar Komitəsi tərəfindən mükafatlandırılmışdır. Tədbirdə bütün iştirakçıların və qaliblərin diplomlarla təltif olunması barədə təklif qəbul edildi.
Elektron Hökumət Azərbaycanda - Naliyyətlər Perspektivlər Beynəlxalq Konfrans 26 aprel 2010-cu il tarixdə, saat 11-00 da Azəebaycan Texniki Universitetində öz işinə başladı. AzTU-nun rektoru, professor Havar Məmmədov qonaqları salamlayaraq giriş sözü ilə çıxış etdi və bu Konfransın Azərbaycan üçün böyük əhəmiyyətini açıqladı.
Konfransda iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinin, Estoniya Eliktron İdarəetmə Akademiyasının, AMEA İnformasiya Texnologiyaları İnstitutunun, Ukraynadan Krım Elektron İnkişafının Regonal Mərkəzinin direktoru, AKTAM Qeyri-Hökumət Təşkilatının nümayəndələri çıxış edərək, konfrans iştirakçılarını təbrik etdilər.
Açlış mərasimindən sonra plenar iclaslar öz işini davam etmişdir.  
Bu günlərdə Rostov Dövlət Dəmir Yolu Universitetinin rektoru, Rostov Elmlər Akademiyasının akademiki, Dostov-na Donu şəhərinin fəxri vətəndaşı, professor Vladimir İvanoviç Kolesnikov öz nümayəndə heyəti ilə birlikdə Azərbaycan  Texniki Universitetində olmuşdur. AzTU-nun rektoru, professor Havar Məmmədov  qonaqları qəbul etmiş və AzTU haqqında ətraflı məlumat vermişdir. Görüşdə hər  iki təhsil müəssisəsi arasında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə edilmişdir.
Azərbaycan Texniki Universitetinin Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi 9 aprel 2010-cu il tarixdə “2010 Ekologoya ili” çərçivəsində “Mavi Planet Yer Kürəsi” mövzusunda seminar keçirtdi. Seminarda Təbiət Elminə Dəstək Ekoloji Maarifləndirmə ictimai birliyinin sədri Rövşən Əkbərov çıxış edərək, bütün planetlər haqqında, xüsusilə də Yer planetini başqa planetlərdən fərqli olaraq canlıların yaşayışı üçün daha əlverişli şəraitindən, onun qeyri-adi gözəlliklərindən tələbələrə geniş məlumat verdi.
Azərbaycan  Texniki Universitetinin Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi  “Ekologiya ili“ çərçivəsində Abşeron  rayonunda Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə  keçirilən  yaşıllaşdırılma kompaniyasında iştirak edib. Tədbirdə Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Milli  Məclisin  deputatları, partiyanın rayon təşkilatçılarının fəalları və AzTU-nun Tələbə Azad Həmkarlar Komitəsinin fəalları iştirak ediblər.
Azərbaycan Texniki Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə 2 aprel 2010-cu il tarixdə Universitetdə tələbələrin əl işlərindən ibarət sərgi keçirildi. Sərgidə 33 ədəd  əl  işi  nümayiş olundu. Tədbirdə unuversitetin rəhbərliyi, tələbələr və Fransa səfirliyinin nümayəndələri  də iştirak edirdi.Ən yaxşı əl işi kupon səsvermə yolu ilə müəyənləşdirildi. Sonda üç ən yaxşı əl işlərinin sahibləri  AzTU-nun Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi  tərəfindən mükafatlandırıldı.

1 2 3 4 5 6 ...
Front view of AzTU

Xəbərlər Arxiv »»

Koreya Politexnik Universitetinin Beynəlxalq Əlaqələr İnsitutunun direktoru, professor Jang Seung Kwan və nümayəndə heyəti 29 iyun 2010-ci il tarixind...ətraflı »»
Azərbaycan Texniki Universiteti özünün 60-cı məzun gününü 25 iyun 2010-cu il tarixində qeyd etdi. Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov a...ətraflı »»
Dağıstan Dövlət Universitetinin dəvəti ilə Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, t.e.n Sultanzadə  Zahid v...ətraflı »»
24-26 may 2010-cu il tarixində Azərbaycan-Latviya Təhsil Forumuda iştirak edən, Riqa Texniki Universitetinin rektoru, akademik İ.Knetsin Azərbaycan Te...ətraflı »»
Tələbələrin XV-ci Respublika fənn olimpiadasının II-ci turunun açılış mərasimi 26 may 2010-cu il, saat 12-00 da Azərbaycan Texniki Universitetində old...ətraflı »»

Bizimlə Əlaqə

Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan