az en
Azerbaijan Technical University
Baş səhifə Müdiriyyət Факультеты Кафедры Beynəlxalq əlaqələr Fəxri adlar
Xəbərlər
русский:
Mikrosoft şirkətinin məsul işçisi cənab Conattan Mürey Azərbaycan Texniki Universitetində olmuş və müəllim və tələbə heyyəti ilə görüş keçirmişdir. Görüş zamanı cənab Conattan Mürey Microsoft-un gələcək planları və informasiya texnologiyası sahəsində yenilikləri barəsində geniş məlumat vermiş və Azərbaycan Texniki Universitetində Microsoft şirkətinin sertifikatlı kurslarının təşkil olunmasını təklif etmişdir.
русский:
Azərbaycan Texniki Univeristetinin “Metalurgiya” fakultəsində “BİLİK UĞURUNDA”ixtisas olimpiyadasının I-turu kecirilmişdir.İştirakçılar arasında, bal sistemi  əsasında müəyənləşdirilmiş 6 ən yaxşı məruzəçi II tura vəsiqə almışdır.
русский:
Azərbaycan Texniki Universitetində “Mikroelektron çevriciləri və onların əsasında qurulan cihazlar”mövzusuna həsr edilmiş VI BEYNƏLXALQ KONFRANS 14 noyabr 2007 il tarixdə öz işini başladı.Giriş sözü ilə Azərbaycan Texniki Universitetinin rektoru, professor H.Ə.Məmmədov çıxış etmiş və Respublikanın bu sahədə çalışan alimlərinin mikroelektronikanın inkişafına gətirdikləri yeniliklərdən bəhs etmişdir.
VI BEYNƏLXALQ KONFRANS bölmələr üzrə Azərbaycan Texniki Universitetində, Milli Aviasiya Akademiyasında, Sumqayıt Dövlət Universitetində öz işini davam etdirəcəkdir.
русский:
Ölkəmizdə ilk dəfə olaraq 11 noyabr 2007-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris Mərkəzində “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirildi. Heydər Əliyev Fondu, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi bu olimpiada Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyinə həsr olunmuşdur.
Azərbaycan Texniki Universitetinin iki komandası final mərhələsinə keçid aliblar:
Komandaların tərkibi AzTU-1
AzTU-3
 
Ağayeva Rəhilə - 685r
Əhmədov Mehdi - 685r
Məmmədov Məmməd - 685r
Quliyev Yusif - 685r
Əlifov Ayaz - 684r2
Balabəyov Bəhruz - 684r2
Əliyev Ruslan - 684r2
Kozlov Aleksey - 684r2
 

İştirakçılarımıza final mərhələsində uğurlar arzulayırıq!
русский:
Rumıniyada keçirilən Qara Dəniz Hövzəsi universitetlər Assosiasiyasının toplantısında Azərbaycan Texniki Universitetinin rektoru proffessor Havar Məmmədov Varna Texniki Universitetinin fəxri Doktoru seçilmişdir
русский:
“Elm və Təhsildə İnformasiya-Kommunikasiya Texnoloqiyalarının Tətbiqi mövzusunda II Beynəlxalq Konfransı 2 noyabr 2007-ci il tarixdə öz işini Azərbaycan Texniki Universitetində “İnformasiya-Kommunikasiya texnologilayarı bölməsi üzrə davam etdi.
İclaslarda Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının, AMEA-nın Kibernetika institutu, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, AR. Prezidenti yanında Dövlət idarəçilik, Türkiyənin Fateh Universiteti, Karaeniz Teknik Universtitetinin, Qazi Universtitetinin, İstambul Universtitetinin, İranın Gilan Universtitetinin, Elm və texnologiya Universtitetinin və Ukrayna B.M. Qluşkova adına Kibernetika İnstitunun Əməkdaşları iştirak etmişdilər. Iclasda 45 çıxış dinlənmişdir və muzakirə olunmuşdur.
русский:
Ruminiya Respublikasının Konstanta şəhərində Qara dəniz Ölkələri Universitetləri Assosiasiyasının növbəti konfransı keçirilmişdi. Konfransda azərbaycan Texniki Universitetinin rektoru professor H. Məmmədov ətraflı məruzə ilə çıxış etmişdi.
русский:
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Türkiyə Respublikası Telekommunikasiya qurumunun dəstəyi ilə 01-02 noyabr 2007-ci il tarixində Qafqaz Universitetində “Elm və təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi ” adlı II Beynəlxalq konfransı keçiriləcəkdir.
     Konfransın “İnformasiya – kommunikasiya texnologiyalarına” aid bölməsi Azərbaycan Texniki Universitetində öz işini davam etdirəcəkdir.
русский:
Islam inkişaf Bankı (İİB) üzv ölkələrdən 100 nəfərin elektronika, mikroelektronika, telekommunikasiya, sistem mühəndisliyi kimi İKT sahələri, həmçinin kompüter sahəsi üzrə bir sıra elmlər (istehsalın avtomatlaşdırılması da daxil olmaqla layihələrin avtomatlaşdırılma yolu ilə hazırlanması ) üzrə təhsilin tam maliyyələşdirilməsinin nəzərdə tutulduğu  2008-2009- cu illər üçün Pulsuz Təhsil Proqramı açıq elan edilib.
Proqramda iştirak etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
      Elmlər dokrotu (Ph.D)   təhsili üzrə 25-35 yaş arası və ya elmlər doktorundan sonrakı tədqiqat üzrə (Post-Doctoral) 25-40 yaş arası;
      Elm və texnologiyalar üzrə magistr elmi dərəcəsi;
“Çox yaxşı”dan aşağı olmayan orta akademik təhsil və ya dərəcə qiymətləri;
      Elmlər doktoru üçün minimum 2 il elm/ texnoloji fəaliyyət, elmlər doktorundan sonrakı mərhələ üçün isə minimum 5 il tədqiqat;
      Proqramda göstərilən elmi- texniki sahələr üzrə elmi əsər (kitab, nəşr);
     Proqramda göstərilən elmi-texniki sahələr üzrə Elmi və İnkişafa aid vacib araşdırma planı.
      Uyğun namizədlər müvafiq ərizə formalarını dolduraraq 30 oktyabr 2007-ci il tarixinədək Rabirə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq əlaqələr və qeyri- dövlət qurumlərı ilə iş şöbəsinə təqdim edilməsi xahiş olunur.
 
Əlavə məlumat və anketlər əldə etmək üçün Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz. (1-ci korpus 318-ci kabinet)
русский:
Qazağıstan Strateji Planlaşdırma , Menecment və İqtisadiyyat İnstitutunun səlahiyyətli nümayəndəsi Duysenqaliyev Meruert və Tələbə Qəbulu komissiyasının sədri Beysembinov Asem AzTu- nun menecment fakültəsinin 4-cü kurs tələbələri və magistrları ilə 23.10.07 – il tarixində görüş keçirilmişdir. Görüş zamanı qonaqlar öz institutları haqqında ətraflı məlumat vermişlər və qəbul şərtlərini açıqlamışlar. Görüşdə AzTu-nun Tədris İşləti üzrə prorektor Yagubov X.M. və Beynəlxalq əlaqələr üzrə prorektorZ. Sultanzadə iştirak etmişlər.
русский:
Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan AzTU-nun «Maşın və mexanizmlər nəzəriyyəsi» kafedrasının  müdiri professor Kəngərli Ayaz Mahmud oğlu  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
 
Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli digər Sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı  xidmətlərinə görə AzTU-nun professorları İsgəndərzadə Zərifə Əlirza qızına («Elektronika» kafedrasının müdiri, f.-r.e.d), Qocayev Eldar Mehrəli oğluna («Fizika» kafedrasının müdiri, f.-r.e.d) və  Naziyev Yaşar Mövlud oğluna («İstilik və soyuqluq texnikası» kafedrasının professoru, t.e.d.) «Azərbaycan Respublikasının əməkdar elm xadimi » fəxri adı verilmişdir.
 
Azərbaycan Texniki Universitetinin 4 oktyabr 2007-ci il tarixli Elmi Şurasında universitetin rektoru professor H.Ə.Məmmədov yuxarıda adları çəkilən əməkdaşları bu əlamətdar təltiflər münasibətilə təbrik etmişdir.
русский:
Oktyabrın 9-da Köln Tətbiqi Elmlər Ali Məktəbində Almaniya-Azərbaycan Ali məktəb Günü keçirilmişdir.
Tədbirdə Azərbaycanın Almaniyadakı Səfiri cənab Pərviz Şahbazov və Azərbaycan Təhsil Naziri cənab Misir Mərdanov iştirak etmişdir.
Bu görüşlərdə Texniki Elmlər üzrə ixtisaslaşmış Azərbaycan Ali məktəblərinin, o cümlədən Azərbaycan Texniki Universitetinin , Azəbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Universitetinin rektorlarıda iştirak etmişlər və Almaniya Ali Məktəbləri ilə Avropa İttifaqının Tempus layihəsi çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq haqqında geniş məruzələr ilə çıxış etmişlər. Almaniyada olduğu müddət ərzində Azərbaycan Texniki Universitetinin rektoru prof. Havar Məmmədov Universitetin Elmi Şurasının qərarına əsasənKöln Tətbiqi Elmlər Ali Məktəbinin rektoru prof. Joachim Metznerə Fəxri Doktor diplomunu təqdim etmişdir.
русский:
21-24 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 13-cü dəfə keçiriləcək “Bakutel” beynəlxalq sərgi çərçivəsində Azərbaycanda ilk rabitə xəttinin istismara verilməsinin 125 illiyinə həsr olunan “Regional İnnovasiya Zonası: problemləri və perspektivlər” mövzusunda beynəxalq konfrans keçiləcək. Sərgi və konfransda “İKT:dövlət siyasəti və tənzimləmə”, “İKT üzrə xüsusi rejimli zonaların iqtisadi inkişafda rolu”, “İnformasiya cəmiyyətində təhsil və insan kapitalının inkişafı” və “Elektron hökumət və idarəetmə” istiqamətləri üzrə çıxış etmək istəyən əməkdaşlar məqalələrin tezisləri və tam mətnini 15 oktyabr 2007-ci ilədək elektron formada Rabitə və İnformasiya Tenoloqiyaları Nazirliyində yaradılmış Təşkilat Komitəsinə təqdim etməlidirlər (mailto:bakutel2007@minsom.gov.az).
Əlavə məlumatı əlaqələndirici Sitarə Ağayevadan-tel.:598 18 62 və veb-portaldan (www.mincom.gov.az) almaq olar.
русский:
29.06.2007–ci il tarixində saat 12.00 AzTU-də məzun günü keçiriləcəkdir. Bu mərasimdə uyğun nazirliklərin və şirkətlərin nümayəndələrinin iştirakı gözlənir
русский:
19 iyunda AzTU-da Universitetin əməkdaşlarının NATO-nun elmi tədqiqatlar üzrə sədr müavini Z. Qayevski ilə görüşü keçirildi. Görüş Şura tərəfindən dəstəklənən elmi-tədqiqatların əsas istiqamətlərinə və bu qrantların əldə edilməsi yollarına həsr olunmuşdu. Görüşdə bizim Universitetin əməkdaşlarından başqa yeni informasiya texnologiyaları ilə məşğul olan şirkətlərin, Milli Aviasiya Akademiyası, Bskı Dövlət Universitetinin nümayəndələri iştirak edirdi.
русский:
19 iyun 2007-ci il saat 11 00-da AzTU-nun konfrans zalında “Şimali Atlantika İttifaqının Elmi Proqramları” (NATO - ŞAHİ) Şurasının sədr müavini, bu proqramın Cənubi Qafqaz üzrə kuratoru Yasek Qayevskiy ilə “dəyirmi masa” keçiriləcəkdir.
Mövzu: “NATO – ŞAHİ-nin Elmi Proqramları Şurası” tərəfindən dəstəklənən tədqiqatların yeni istiqamət və mövzuları.
русский:
Baltika Beynəlxalq Akademiyasının dəvəti ilə AzTU-nun rektoru prof. H. Məmmədov və “Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının müdiri dosent Gözəlov Elçin Riga şəhərində olmuşdular. Səfər zamanı Baltika Beynəlxalq Akademiyası və Riga Texniki Universitetinin rəhbərləri ilə görüşlər keçirilmişdir və qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
русский:
31.05.07 AzTU-nun rektoru H. Məmmədov Miçeqan Dövlət Universitetinin kimya mühəndisliyi və materialları departamentinin tədqiqatçi alimi professor Həsən Əli-zadəni qəbul etmişdir. Bu göruş zamani bir sira məsələler muzakirə olunmuş  və əməkdaşlıq haqqında ilkin razılaşmalar əldə edilmişdir.
русский:
04.06.07 AzTU-da Azərbaycanda televiziyanın 50, radionun 80 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-Texniki konfransı işə başlamışdır.
Konfransın təşkilat komitəsi: Abbasov Ə.M. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri, AMEA-nın akademiki (sədr); Paşayev A.M., Milli Aviasiya Akademiyasının rektoru, AMEA-nın akademiki (həmsədr); Məmmədov H.Ə., Azərbaycan Texniki Universitetinin rektoru, t.e.d., professor. (həmsədr); Alışanov A.N., Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri (sədr müavini); Əhədov İ.C., “Teleradio” istehsalat birliyinin baş direktoru (sədr müavini); Gözəlov E.B., “Kommutasiya sistemləri və poçt rabitəsi” kafedrasının müdiri, t.e.n., dosent. (elmi katib).
AzTU-nun rektoru t.e.d., professor H. Məmmədov konfransın plenar iclasını açıq elan etdi.
Konfransda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri, AMEA-nın akademiki Əli Abbasov; AMEA-nın “İnformasiya Texnologiyaları” institutunun direktoru, AMEA-nın müxbir üzvu Rasım Əliquliyev çıxış etdilər. Sonra Milli Aviasiya Akademiyasının professoru F. Qasımov “Müasir radiotexnikada neqatronikanın tətbiqi” və AzTU-nun professoru Ç. Əfəndiyev “AzərbayR televiziyasının 50 illiyi – tarixi və inkişaf perspektivləri” mövzusundaki məruzələri dinlənildi.
Beynəxalq Elmi-Texniki konfrans 5 seksiya üzrə öz işini davam edir.
русский:
4-6 iyun 2007-ci il tarixində Bakı şəhərində Azərbaycan Texniki Universitetində Beynəlxalq Elmi Texniki Konfrans keçiriləcək.
Konfransın təsisçiləri:
  • Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
  • Azərbaycan Texniki Universiteti
  • Milli Aviasiya Akademiyası
  • Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
  • Teleradio İstehsalat Birliyi
‹‹Radiotexnika, Elektronika və Rabitənin müasir problemləri›› adlı konfransda aşağıdakı elmi istiqamətlər üzrə məruzələr təqdim edilə bilər:

  1. Rəqəmli üsullar və siqnalların götürülməsi sistemləri
  2. Siqnalların rəqəmli işlənməsi
  3. Telekommunikasiya şəbəkələri və sistemləri
  4. Radiorabitə, radioyayım, televiziya sistem və qurğuları
  5. Elektronikanın müasir problemləri
  6. Rəqəmli hesablama texnikası, informasiya idarəetmə sistemləri
Konfansda iştirak etmək üçün son 3 ildə hazırlanmış və konfransın mövzusuna uyğun istiqamətdə olan məruzələr qəbul edilir.
Konfrans haqqında əlavə məlumatı 439-13-43, 439-12-49 telefon nömrələrindən almaq olar.

1 2 3 4 5 6 7 ...
Front view of AzTU

Xəbərlər Arxiv »»

Azərbaycan Gənclərinin V Forumu ərəfəsində növbəti tədbir 19 sentyabr 2008-ci il tarixində Yasamal rayonunun 300 nəfər gəncin iştirakıylə Azərbaycan T...ətraflı »»
Azərbaycan Texniki Universitetinin “İnformatika və İnformasiya Texnologiyaları” kafedrasının dosenti Şahbazova Ş. Fullbright proqramı əsasında ABŞ-nın...ətraflı »»
AZTU –də iyunun 27-də “MƏZUN 2008” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, professor H. Məmmədov açdı. Tədbirdə iştirak edən donaq...ətraflı »»
May ayının 26-28—də Beyməlxalq Təhsil Birliyinin dəstəyi ilə Gürcüstan paytaxtı Tbilisi şəhərində “Cənub-Şərq Avropa ölkələrində təhsil işçiləri həmka...ətraflı »»
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan dövlətinin himni ilə açıldı. İlk giriş çıxışı ilə Azərbaycan Texnik...ətraflı »»

Bizimlə Əlaqə

Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan