|
русский:
|
|
12 aprel 2007-ci il tarixində Koreya Respublukasıının Azərbaycandaki Fövqəladə və Səlahiyyətli səfiri cənab Lyu, Kvanq-çul Azərbaycan Texniki Universitetində olmuşdur. Universitetin rektoru, professor Havar Məmmədov cənab səfirə rəhbərlik etdiyi ali təhsil ocağı, aparılan elmi-tədqiqatlar haqqında geniş məlumat vermişdir. Cənab səfir Universitetin professor – müəllim və tələbə heyəti ilə gorüş zamanı Koreya Respublikasının inkişaf yolları və perspektivləri haqda geniş məruzə ilə cıxış etmişdir.
|
|
русский:
|
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri üzrə mütəxəssislər «Fövqəl» Assosiasiyası, Təhsil Nazirliyi, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsi (Elmi İnkişaf üzrə Beynəlxalq Şura), Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə birlikdə 15-16 noyabr 2007-ci ildə «Fövqəladə hallarda təhlükəsizliyin idarə olunması» mövzusunda IV Beynəlxalq Simpozium keçiriləcək.Simpoziumda iştirak etmək üçün sifarişlər və məqalələr aşağıdakı ünvana təqdim olunmalıdır: Bakı, Az-1073, A.Sultanova-5, AzMİU, II korpus, 10-cu mərtəbə «Fövqəl» Assosiasiyası;
Tel: (+994 12) 4390775Faks: (+994 12) 5103388, mob. (+994 50) 310-70-20.
E-mail: fovqal@azeronline.com ; http://www.fovqal.orq
|
|
русский:
|
|
2-4 may 2007-ci ildə Azərbaycan Texniki Universitetində ulu öndərimiz H.Əliyevin doğum gününə həsr olunmuş tələbələrinin 50-ci yübiley Elmi-texniki konfransı keçiriləcəkdir. Əlavə məlumatə Tələbə Elmi Jəmiyyətində ala bilərsiniz.
|
|
русский:
|
|
30 mart 2007. Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Dr. Stachina Azərbaycan Texniki Universitetində olmuşdur. Universitetin rektoru prof. Havar Məmmədov cənab Səfiri qəbul etmiş və AzTU ilə AFR Universitetləri arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmişdir.
|
|
русский:
|
|
21 mart 2007 il. Baki Beynəlxalq Tələbə Klubu Respublikamızda təhsil alan əcnəbi tələbələrin Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, füsunkar təbiəti, əsrlərin sinağından çıxıb bu günümüzəcən yol gələn qədim ənənələri haqqında təsəvvür yaratmaq məqsədi ilə Mərdəkan qəsəbəsində düzənlənən "Novruz sərhəd tanımır" devizli bayram atəşfəşanlığı keçirilmişdir. Bu tədbirdə Azərbaycan Texniki Universitetinin əcnəbi tələbələri də yaxindan iştirak etmişdir.
|
|
русский:
|
|
2007-ci ilin yanvarın 18-də Avropa Biznes Assambleyasının nominasiya Komitəsi tərəfindən peşəkar fəaliyyətinə görə və müasir cəmiyyətin intellektual inkişafı naminə gördüyü işlərə görə AzTU-nun rektoru professor Havar Məmmədov Sokrat adına Beynəlxalq Mükafata layiq görülmüşdür.
|
|
русский:
|
|
02 oktyabr 2006-cı ildə AzTU-nun Böyük Akt zalında Koreya Respublikası Səfirliyinin təşəbbüsü ilə konsert keçirilmişdir. Konsertdə Koreyanın Milli Klassik Musiqi İnstitutunun «Çeong» milli rəqs ansamblı çıxış etmişdir. Onların ifa etdikləri gözəl rəqslər Universitetin müəlli-tələbə heyəti arasında xoş təəssürat yaratmışdır. Universitetdə təşkil olunan bu cür tədbirlər tələbələrin bəşəri dəyərlərə yiyələnmələri baxımından mühüm əhəmiyyət daşıyır.
|
|
русский:
|
|
23 sentyabr 2006-cı ildə DAAD-nin təşəbbüsü ilə Kappel House-da Almaniyanın Aaxen Universitetində təşkil olunmuş təhsil proqramları kurslarının təqdimatı keçirilib. Proqram maşınqayırma, enerci və ətraf mühit, kimyəvi maşınqayırma, biotibbi texnika, fizika sahələrini əhatə edir.
|
|
русский:
|
|
12 sentyabr 20076-cı ildə İran İslam Respublikasının Təhsil, Elm və Mədəniyyət üzrə Akademik Mərkəzinin aparıcı mütəxəssisi professor Məhəmməd Əli Azərbaycan Texniki Universitetinidə olmuşdur. Jənab Məhəmməd Əlinin Universitetə gəlişi zamanı aşağıdakı əsas məsələlər müzakirə mövzusu olmuşdur:Fizika, kimya, termodinamika və elektrotexnika sahələri üzrə laboratoriyaların təşkili və mövcud olan laboratoriyaların texniki təchizatı;Bakı şəhərində qeyd olunan sahələr üzrə laboratoriya avadanlıqları sərgisinin təşkil olunması və həmin sərginin keçirilməsi üçün yerin ayrılması.
|
|
русский:
|
|
29 iyun 2006-cı il tarixində «HuaweiTechnical İnvestment Co LTD» firmasının əməkdaşları ilə AzTU-nun tələbələri arasında söhbət aparılmışdır. Universiteti bitirəcək tələbələrin gələcəkdə öz ixtisaslarına uyğun iş seçimi barədə söhbət zamanı əsas müzakirə mövzusu olmuşdur.Söhbətdə eyni zamanda «HuaweiTechnical İnvestment Co LTD» firması haqqında tələbələrə ətraflı məlumat verilmiş və keçiriləcək sınaq imtahanlarının şərtləri açıqlanmışdır.
|
|
русский:
|
|
29 iyun 2006-cı ildə Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgisinin təşkilatçılarından cənab Samir Quliyev və cənab Eldar Jəbrayılov Azərbaycan Texniki Universitetində olmuşlar. Onlarla Universitetin tələbələri arasında keçirilən görüş zamanı telekommunikasiya və və informasiya texnologiyaları üzrə geniş müzakirələr aparılmış, tələbələri düşündürən məsələlər açıqlanmışdır.Görüşün sonunda tələbələrlə keçirilən belə görüşlərin onların informasiya texnologiyalarına yiyələnmələri və gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrlar kimi yetişmələri üçün böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.
|
|
русский:
|
13 yanvar 2006-cı ildə AzTU-nun rektoru professor Havar Məmmədov ABŞ səfirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri cənab Jonatan Heniki qəbul etmişdir. İşgüzar səviyyədə keçən görüş zamanı attaşeni maraqlandıran aşağıdakı əsas məsələlər müzakirə mövzusu olmuşdur: - Universitetdə Avropa təhsil sisteminə keçid nə vaxtdan başlamışdır və bununla bağlı nəzərdə tutulan işlər əsas hansı istiqamətdə aparılır
- Avropa təhsil sisteminə keçid zamanı Universitetin qarşısında duran əsas problemlər və onların aradan qaldırılması yolları.
- Universiteti bitirən tələbələrin öz ixtisaslarına uyğun işlə təmin olunması.
Avropa təhsil sisteminə keçidlə əlaqədar olaraq nəzərdə tutulan məsələlərin həlli istiqamətində ABŞ səfirliyi və onun ölkəsinin Universitetə göstərə biləcəyi yardım.Gənab Jonatan Henik görüşdəfn çox məmnun olduğunu bildirmiş və sonda Fullbright proqramı çərçivəsində əməkdaşlıq təklif etmişdir. Bu əməkdaşlıq Universitetin rektoru professor H.Ə.Məmmədov tərəfindən razılıqla qarşılanmışdır.
|
|
| |
Azərbaycan Gənclərinin V Forumu ərəfəsində növbəti tədbir 19 sentyabr 2008-ci il tarixində Yasamal rayonunun 300 nəfər gəncin iştirakıylə Azərbaycan T...ətraflı »» Azərbaycan Texniki Universitetinin “İnformatika və İnformasiya Texnologiyaları” kafedrasının dosenti Şahbazova Ş. Fullbright proqramı əsasında ABŞ-nın...ətraflı »» AZTU –də iyunun 27-də “MƏZUN 2008” tədbiri keçirildi. Tədbiri giriş sözü ilə AzTU-nun rektoru, professor H. Məmmədov açdı. Tədbirdə iştirak edən donaq...ətraflı »» May ayının 26-28—də Beyməlxalq Təhsil Birliyinin dəstəyi ilə Gürcüstan paytaxtı Tbilisi şəhərində “Cənub-Şərq Avropa ölkələrində təhsil işçiləri həmka...ətraflı »» Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan dövlətinin himni ilə açıldı. İlk giriş çıxışı ilə Azərbaycan Texnik...ətraflı »» |
Bizimlə Əlaqə
Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan
|
|
|