Dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə edən Universitetimiz Beynəlxalq təhsil sistemində müşahidə olunan yeniliklərə qoşularaq, öz fəaliyyətindətəhsilin müasir metod və formalarından istifadə etməyə başlamışdır. Bu mərhələdə dünyanın aparıcı ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq və onların iş təcrübəsinin Universitetimizdə çoxpilləli təhsil sisteminin həyata keçirilməsində əlavə imkan yaratmışdır.
Azərbaycan Texniki Universiteti elmi və təhsili maliyyələşdirən TAJİS–TEMPUS və digər fondlarla yaratdığı sıx əlaqələr nəticəsində son illərdə Universitetimizin 115-dən çox əməkdaşı dünyanın qabaqcıl universitetlərində elmi stackeçmədə iştirak etmiş və birgə elmi-tədqiqat işləri aparmışlar. Bu əməkdaşlığın nəticəsi olaraq, Universitetimizin gənc alimləri Almaniyanın Erlanqen-Nürenberq, Frayberq, Braunşveyk, Aaxen, Berlin, Zigen, Köln Texniki Universitetləri, Hollandiyanın Heerlen Univeriteti, ABŞ-ın Nortxampton İctimai Kollecində, Nyu York, Pensilvaniya universitetlərində elmi-tədqiqat işləri aparmış, elmi məqalələr və məruzələrlə çıxış etmişlər.
Almaniyanın təhsili və elmi stackeçməni maliyyələşdirən ictimai DAAD təşkilatının Bakı bürosu 2001-ci ildən Azərbaycan Texniki Universitetində yerləşir. Bu təşkilatın vasitəsilə AzTU-nun bir çox müəllim və tələbələri Almaniyanın müxtəlif universitetlərində elmi stackeçmədə, ixtisasartırma kurslarında olmuş və elmi tədqiqatlar aparmışlar. Bundan əlavə, DAAD-nin vasitəsilə təşkil olunmuş alman və ingilis dilləri kurslarında AzTU-nun 140-dan çox əməkdaş və tələbəsi təhsil alıbdır.
Avropa Şurasının təsis etdiyi Beynəlxalq Tədris proqramları çərçivəsində keçirilən müsabiqələrdə Universitetimiz, bir qayda olaraq, təhsillə bağlı müxtəlif layihələrdə iştirak edir.
Beynəlxalq TAJİS proqramı çərçivəsində AzTU-da müasir Telekommunikasiya Tədris Mərkəzi yaradılmış və fəaliyyət göstərir. Layihəni həyata keçirmək üçün AzTU-nun mütəxəssisləri İngiltərədə xüsusi müəssisələrdə uzunmüddətli stackeçmədə olublar. Görülən işlərin nəticəsində AzTU-da beynəlxalq standartlara uyğun, müasir avadanlıqlarla təchiz edilmiş Telekommunikasiya Tədris Mərkəzi yaradılmışdır. Bu Mərkəz ölkəmizdə müasir rabitə sahəsində yüksək səviyyəli ixtisasartırma kurslarının təşkil edilməsinə imkan yaradıb. Həmin Mərkəz bakalavr və magistr hazırlığında da effektiv istifadə edilir.
Tempus proqramı çərçivəsində, Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetləri ilə birgə AzTU-da tədrisin müasirləşdirilməsi sahəsində hazırlanmış layihələr Avropa Mədəniyyət və Təhsil Komissiyasının qərarı ilə 2000-2007-ci tədris illərində həyata keçirməsi üçün üç qrant ayrılmışdır.
Birinci layihənin məqsədi AzTU-da «Elektrotexnika ve energetika» fakültəsində bakalavr və magistr təhsilinin, Avropa standartlarına uyğun tərtib edilməsi və bu prosesdə iştirak edən müəllimlərin ixtisas fənləri üzrə Almaniya və Hollandiya tərəfdaş universitetlərdə stackeçmələrinin təşkil edilməsi idi.
İkinci layihədə, AzTU-da yerinə yetirilmiş birinci layihənin nəticələrinin əsasında Azərbaycanın digər üç ali texniki məktəbində müvafiq ixtisaslar üzrə yerinə yetirilməsi nəzərdə tutulurdu. Dörd universitetin çoxsaylı əməkdaşlarının iştirakı ilə bu layihə uğurla yerinə yetirildi.
AzTU-da iki layihə üzrə görülən işlər və Avropa İttifaqının universitetlərilə yaradılan əlaqələr Tempus layihələri proqramında 2006-2007-ci illərdə Azərbaycan üçün prioritetli sayılan Energetika sahəsində «Azərbaycanda enerci menecmenti üzrə magistr pilləsi təhsili» adlı növbəti layihə tərəfindən bəyənildi və yerinə yetirilmək üçün qrant ayrıldı.
Azərbaycan Respublikasının Təhsil Nazirinin və Almaniya Federativ Respublikasının Fövqaladə səfirinin, həmtərəf Almaniya və Hollandiya universitetləri rektorları və digər rəsmi şəxslərin iştirakı ilə iki müvafiq Beynəlxalq konfrans keçirildi. Bu konfranslarda alınan nəticələr yüksək qiymətləndirilmiş və Avropa Təhsil sisteminə inteqrasiya olunan universitetlərdə digər ixtisaslar üzrə də hazırlanan tədris planlarında alınmış nəticələrin tətbiq edilməsi tövsiyyə edilmişdir.
AzTU-da xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının 30 ildən çox tarixi vardır. Bu illər ərzində Universitetdə təhsil alan tələbələr Türkiyə, Pakistan, İran, Hindistan və başqa dövlətlərin vətəndaşlaı olmuşlar.
Hazırda Universitetdə 10 ixtisas üzrə 300-dən çox xarici vətəndan təhsil alır.
Azərbaycan Texniki Universiteti Qara Dəniz və Xəzəryani Dövlətləri Universitetləri Assosiyasiyalarının üzvüdür və hər il bu qurumlar tərəfindən keçirilən tədbirlərdə aktiv iştirak edir. |
| |
Koreya Politexnik Universitetinin Beynəlxalq Əlaqələr İnsitutunun direktoru, professor Jang Seung Kwan və nümayəndə heyəti 29 iyun 2010-ci il tarixind...ətraflı »» Azərbaycan Texniki Universiteti özünün 60-cı məzun gününü 25 iyun 2010-cu il tarixində qeyd etdi. Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov a...ətraflı »» Dağıstan Dövlət Universitetinin dəvəti ilə Azərbaycan Texniki Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, t.e.n Sultanzadə Zahid v...ətraflı »» 24-26 may 2010-cu il tarixində Azərbaycan-Latviya Təhsil Forumuda iştirak edən, Riqa Texniki Universitetinin rektoru, akademik İ.Knetsin Azərbaycan Te...ətraflı »» Tələbələrin XV-ci Respublika fənn olimpiadasının II-ci turunun açılış mərasimi 26 may 2010-cu il, saat 12-00 da Azərbaycan Texniki Universitetində old...ətraflı »» |
Bizimlə Əlaqə
Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan
|
|
|