ru en
Azerbaijan Technical University
Baş səhifə Müdiriyyət Fakültələr Kafedralar Beynəlxalq əlaqələr Fəxri adlar
Xoş gəlmisiniz!
Havar Əmir oğlu Məmmədov Rektor - texnika elmləri doktoru,
professor Havar Əmir oğlu Məmmədov

 
Azərbaycan Texniki Universiteti ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir  Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır.
Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək  elmlər namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif istiqamətləri üzrə  alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.
Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.
Universitetin kafedraları kompüter avadanlığı və ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır.
Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir.
Front view of AzTU

Xəbərlər Arxiv »»

5 mart 2010-cu il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar olaraq,Azərbaycan Texniki Universitetində Qan vermə aksiyası keç...ətraflı »»
Xocalı  soyqırımı  faciəsinin 18-ci ildönümü  ilə əlaqədar 25 fevral 2010-cu il tarixdə Azərbaycan Texniki  Un...ətraflı »»
Azərbaycan Texniki Universitetinin  nəzdinda fəaliyyət göstərən  D.02.171  dissertasiya  şurasının 17 fevral 2...ətraflı »»
22-29 oktyabr 2009-cu ildə Türkiyənin İsparta şəhərində  Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə  “Qafqaz, Balkan və T...ətraflı »»
Azərbaycan Texniki Universitetində 18 fevral  2010-cu il  tarixdə  TRASEKA Beynəlxalq  proqram  çərç...ətraflı »»

Bizimlə Əlaqə

Tel.: (+994 12) 438-33-43
Ünvan: Hüseyn Cavid pr., 25, AZ1073, Baki, Azərbaycan